«Matç TV» daimi ekspertini efirdən uzaqlaşdırıb

«Matç TV» daimi ekspertini efirdən uzaqlaşdırıb

Rusiyanın aparıcı idman kanalı olan «Matç TV» keçmiş futbolçu Roman Şirokova qadağa qoyub. Belə ki, Rusiya millsinin keçmiş kapitanı televiziya kanalında daimi ekspert kimi iştirak etdiyi işindən uzaqlaşdırılıb. ««Matç TV» rəhbərliyi bu hadisədən çox təəssüflənir. Bu, yığmanın bir vaxtlar şərəfini qoruduğu futbolçuya, kapitana yaraşmayan hərəkətdir. Elə bu səbəbə görə, kanal rəhbərliyi onu bütün efirdən kənarlaşdırıb», - deyə şərhçi Dmitri Quberniyev öz «Teleqram» səhifəsində yazıb.