DÇ-2022-nin seçmə mərhələ matçları təxirə salındı

DÇ-2022-nin seçmə mərhələ matçları təxirə salındı

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb. Oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq. 
Bundan əlavə, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib. 
Təxirlə salınan qarşılaşmaların tarixləri daha sonra açıqlanacaq. 
Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.