Ölkə futbolunun “flaqman”ı hazırlıqları bərpa etdi

Ölkə futbolunun “flaqman”ı hazırlıqları bərpa etdi

Yeni mövsümə hazırlaşan Bakının “Neftçi” futbol klubu iki günlük fasilədən sonra məşqləri bərpa edib.
Komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib. “Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə avqustun 12-də atılacaq.