Baş məşqçi AFFA-da

Baş məşqçi AFFA-da

Avqustun 11-də AFFA-nın inzibati binasında Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb.
«Olimpiyadunyası.com» AFFA-ya istinadla xəbər verir ki, görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqasının və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb. Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib.