Azərbaycan Premyer Liqasının loqosu dəyişdi - Video 

Azərbaycan Premyer Liqasının loqosu dəyişdi - Video 

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün loqosu təqdim edilib. Mərasim çempionatın püşkatması zamanı baş tutub.

Yeni loqo 4 elementin vəhdətidir: 

1) Alov - “Odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;
2) Dalğavari hissə - Xəzər dənizinə işarədir;
3) Qartal - Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;
4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yen mövsümü avqustun 21-də start götürəcək.