Avqustun 14-də Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunun oyunları start götürəcək. avqustun 16-dək davam edəcək ikinci divizionun oyunlarında 5 qrupda 50 komanda mübarizə aparacaq. Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları keçirilib. Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur. Olimpiada avqustun 30-dək davam edəcək.