Bekhem dünya çempionunu Amerikaya apardı

Bekhem dünya çempionunu Amerikaya apardı

“Yuventus”dan ayrılan Blez Matyuidinin “İnter Mayami”yə keçidi rəsmiləşib. Bu barədə ABŞ klubunun saytı məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilə imzalandığı bildirilib. Ancaq sözləşmənin müddəti və digər şərtləri açıqlanmayıb. Xatırladaq ki, MLS təmsilçisinin sahibi əfsanəvi ingilis futbolçu Devid Bekhemdir.

Qeyd edək ki, Fransa millisinin heyətində DÇ-2018-in qalibi olan 33 yaşlı futbolçu 2017-ci ildə PSJ-dən “Yuventus”a keçmişdi.