PSJ-nin rəqibi bu gün məlum olacaq

PSJ-nin rəqibi bu gün məlum olacaq

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları davam edir. Bu gün daha bir görüş keçiriləcək. Lissabonun "Estadio Joze Alvalade" stadionunda Almaniyanın "Leyptsiq" klubu Madrid "Atletiko"su ilə qarşılaşacaq. Mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf yarımfinala vəsiqə əldə edəcək. Bu cütün qalibi final uğrunda oyunda ötən gecə yarımfinala yüksələn PSJ ilə qarşılaşacaq.  
  13 avqust  Çempionlar Liqası 1/4 final
23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)