Azərbaycanın atleti Aleksis Kopello Macarıstanda keçirilən Dünya Kontinental Turunda iştirak edib. İdmançımız üç təkanla tullanma növündə 16,92 metr nəticə göstərərək dördüncü olub.
Qeyd edək ki, turnirdə Burkina-Fasonu təmsil edən Huques Fabrike Zanqo 17,43 metr nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.