17 yaşlı futbolçu qətlə yetirildi​

17 yaşlı futbolçu qətlə yetirildi​

Amerika futbolu üzrə “Troyans” klubunun oyunçusu Snkes Cermeyn Perri qətlə yetirilib. 17 yaşlı futbolçu yatarkən güllələnib. Onun məskunlaşdığı çoxmənzilli evə bayırdan bir neçə atəş açılıb. Atəş barədə məlumat alan polis gecə yaşanan hadisə yerində yaralı Perrini aşkarlayıb.

İdmançı xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Şahidləri dindirən polis araşdırmaları davam etdirir.