Triatlonçularımız beynəlxalq turnirdə fərqləndilər

Triatlonçularımız beynəlxalq turnirdə fərqləndilər

Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb. Yığmamızın üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya Kiyevdə keçirilən nüfuzlu “Triatman İron” turnirində çıxış ediblər. Təmsilçilərimiz 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiqment və 21,1 kilometr qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçiblər. Bütün rəqiblərini qabaqlayan Azərbaycan təmsilçiləri yarışın qalibi olublar.