Pəhləvanlarımız Polşada bütün rəqiblərini qabaqlayıblar

Pəhləvanlarımız Polşada bütün rəqiblərini qabaqlayıblar


Avqustun 10-11-də Polşanın Spala şəhərində sərbəst güləş üzrə Vaçlav Zialkovskinin xatirəsinə həsr olunmuş 22-ci beynəlxalq turnir keçirilib. Böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilərimizin heyətində 10 güləşçi qüvvəsini sınayıb. Sərbəst güləş yığmamız Polşada 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında 64 xalla birinci yerə layiq görülüb. Komandamızın heyətində Ağahüseyn Mustafayev (66 kq), Aleksandr Qostiyev (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Çəkisi 74 kq olan güləşçilərin yarışında isə Əşrəf Əliyev gümüş, Cəbrayıl Həsənov isə bürünc medala layiq görülüblər. Digər güləşçilərimiz Mircəlal Həsənzadə (55 kq) və Məhəmmədhacı Xatiyev turniri 5-ci sırada tamamlayıblar.
13 güləşçi ilə mübarizə aparan Rusiya 41 xalla ikinci, 8 güləşçi ilə turnirdə iştirak edən Belarus təmsilçiləri isə 34 xalla üçüncü olublar.