Sentyabrda AMADA-nın üç vebinarı təşkil olunacaq

Sentyabrda AMADA-nın üç vebinarı təşkil olunacaq

Sentyabrda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə üç vebinar təşkil olunacaq. Sentyabrın 17-də keçiriləcək vebinarda gənc idmançılara antidopinq dəyərləri haqqında məlumat veriləcək. Ayın 24-də həkimlər üçün təşkil olunacaq vebinarda COVID-19 haqqında fikir mübadiləsi aparılacaq. Sentyabrın 26-da keçiriləcək sonuncu vebinar dopinq nəzarəti inspektorları üçün nəzərdə tutulub.