Baş Assambleyada mövsümün bərpası müzakirə olunub

Baş Assambleyada mövsümün bərpası müzakirə olunub

Azərbaycan Triatlon Federasiyasının nümayəndələri Avropa Triatlon İttifaqının onlayn formatda keçirilən Baş Assambleyasında iştirak ediblər. Əvvəlcə tədbirin Avropa çempionatı zamanı Tartuda (Estoniya) keçirilməsi planlaşdırılırdı. Lakin sonradan koronavirusla bağlı tədbir təxirə salınıb. Forum iştirakçıları Avropa Triatlon İttifaqının başçısı Renato Bertrandinin rəhbərliyi altında bir sıra məsələləri, o cümlədən mövsümün tamamilə bərpası müddətini müzakirə ediblər.