Britaniyalı atlet Mo Fara Brilyant Liqa yarışında saat qaçışı üzrə dünya rekorduna imza atıb. Bu barədə “The Strait Times” məlumat yayıb. Qeyd edilir ki, o, Brüsseldə Brilyant Liqasında 21 330 metri 60 dəqiqəyə qət edib. Daha əvvəl bu nailiyyətə Efiopiyanın marafon qaçışı üzrə idmançısı Xayle Qebreselassie imza atıb. O, 27 iyun 2007-ci ildə rekord əldə edib.
Mo Fara orta və uzun distansiyalara qaçış idmanı üzrə məşhurdur. O, 5 və 10 min metr məsafələrə qaçış üzrə dördqat Olimpiya, altıqat dünya və beşqat Avropa çempionudur.
Brilyant Liqada rekord