Premyer Liqada koronavirusa yoluxma halı qeydə alındı

Premyer Liqada koronavirusa yoluxma halı qeydə alındı

İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib. Bu barədə liqanın mətbuat xidmətinə istinadən “RİA Novosti” agentliyi bildirib.
Qeyd edilir ki, yoxlama sentyabrın 7-dən 13-dək aparılıb. Futbolçular, məşqçilər və Premyer Liqa klublarının əməkdaşları arasında ümumilikdə 2 131 test keçirilib. Test zamanı dörd nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Təhlükəli infeksiyaya yoluxanların adları açıqlanmır.
Premyer Liqanın mətbuat xidməti iddia edib ki, COVID-19-a yoluxanlar on gün müddətinə təcrid edilib.