Fiqurlu konkisürənlərimiz Moskva Qran-prisində iştirak edə bilərlər

Fiqurlu konkisürənlərimiz Moskva Qran-prisində iştirak edə bilərlər

Rusiya ərazisində məşq edən Azərbaycan, Belarus və Gürcüstan idmançıları fiqurlu konkisürmə üzrə Qran-prinin Moskva mərhələsində çıxış etmək imkanı qazanacaqlar.
Bu barədə "TASS"a Beynəlxalq Konkisürmə İttifaqının (ISU) vitse-prezidenti Aleksandr Lakernik deyib.
O bildirib ki, yarışa məhdud sayda iştirakçı buraxılacağından hər şeyin əvvəlcədən həll edilməsinə ehtiyac var: "Qran-pridə ölkəmizdə məşq edən idmançılar mübarizə apara bilərlər. Həmçinin ölkə xaricindən də gələnlər ola bilər. Amma hələlik uçuşlarla bağlı vəziyyət tam aydın deyil".
Lakernikin sözlərinə görə, Moskva Qran-pridən əvvəl Rusiya Kubokununun iki mərhələsinə də ev sahibliyi edəcək.
Qeyd edək ki, yarışın 20-22 noyabrda keçirilməsi planlaşdırılır.