Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) sabiq prezidenti Lamine Diaka korrupsiya ittihamı ilə iki ili şərti olmaqla, dörd il həbs cəzası verilib. 87 yaşlı L.Diak 1999-cu ildən 2015-ci ilədək quruma rəhbərlik edib. O, aktiv və passiv korrupsiyada, etimaddan sui-istifadədə, cinayətkar dəstənin tərkibində çirkli pulların yuyulmasında ittiham edilir.
Fransa prokurorluğu rüşvətlərin ümumi məbləğinin 3,45 milyon avro olduğunu iddia edir. Seneqallı mütəxəssis, həmçinin Qətərdə 2019-cu ildə keçirilmiş atletika üzrə dünya çempionatı üçün ərizə kampaniyası zamanı korrupsiyada ittiham olunur.
Korrupsiyada ittihamı edilən federasiya prezidenti həbs olundu