VTB Kreml Kuboku - 2020 tennis turniri təxirə salınıb. Bu barədə Rusiya Tennis Federasiyasından məlumat verilib. “Bu il turnir keçirilməyəcək. Buna səbəb isə pandemiyadır. Çox təəssüf ki, biz belə bir qərar vermək məcburiyyətində qaldıq. Lakin hadisələr bizdən güclüdür”, - deyə bəyənatda bildirilib.
Xatırladaq ki, kişilər arasında yarışlar oktyabrın 17-25-də CSKA-nın manejində keçirilməli idi. Həmçinin 26 oktyabr -1 noyabr tarixlərində qadınlar arasında keçirilməsi gözlənilən yarışlar da təxirə salınıb.
Pandemiya daha bir turnirin təxirə salınmasına səbəb oldu