Sentyabrın 24-25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda qızlar və oğlanlar iştirak edəcəklər. Yarışda 8 komandadan 90-a yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, qaliblər diplom və medallarla təltif olunacaqlar.
Bakı çempionatında 90 yaxın atlet iştirak edəcək