Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Full kontakt Kyokuşin Karate Federasiyasının təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində açıq havada karate üzrə paytaxt turniri keçirilib
22 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən nazirliyin karate komandası FHN İdman-sağlamlıq mərkəzinin məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi ilə yüksək nəticələr göstərib.
Yeniyetmələr arasında komandanın üzvləri kumite döyüş növündə Murad Quliyev (30 kiloqramdan yuxarı) İlkin Səmədov (45 kq-dan yuxarı), Elşən Şəhniyarov (50 kq-dan yuxarı), Xədicə Vəkilova (45 kq-dan yuxarı), Sabina İbrahimova (60 kq-dan yuxarı, qadınlar arasında) qızıl, Lalə Mirkamal (45 kq-dan yuxarı), Sadiq Ağayev (35 kq-dan
yuxarı), Vüqar Sayadov (55 kq-dan yuxarı), Asim Əliyev (60 kq-dan yuxarı) gümüş, Rəşad Rüstəmzadə (45 kq-dan yuxarı), Yusif Fərəcov (30 kq-dan yuxarı) və Fariz Fərəcov (35 kq-dan yuxarı) bürünc medala sahib olublar.
Kata növündə Lalə Mirkamal, Rəşad Rüstəmzadə, Vüqar Sayadov (55 kq-dan yuxarı), Sabina İbrahimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xədicə Vəkilova, Mixail Skorik (40 kq-dan yuxarı) və İlkin Səmədov ikinci yerə çıxıblar.
FHN-nin komandasından Bakı turnirində uğurlu çıxış