Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya Təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında respublika birinciliyinin qalibi Arif Qeybiyev vətən uğrunda şəhid olub. Azərbaycan Atletika Federasiyası şəhid idmançımızın ailəsinə drin hüznlə başsağlığı verir. Qeyd edək ki, Sentyabr ayının 27-sindən erməni hərbi qüvvələrinin hücumu nəticəsində baş vermiş növbəti aqressiyaya Azərbaycan cavabsız qalmır, öz ərazi bütövlüyünü qorumaq və tarixi torpaqlarını işğalçılardan azad etmək uğrunda mübarizə aparır.
Azərbaycan çempionu şəhidlik zirvəsinə ucaldı