Yüngül atletika üzrə uzunluğa tullanma yarışlarının üçqat Böyük Britaniya çempionu Dan Brambl kuryer işləyir. Bununla bağlı o, bildirib ki, koronavirus pandemiyası səbəbindən maliyyə problemləri ilə üzləşib. Çıxış yolunu isə Amazon şirkətində kuryer olmaqda görüb. “Bu il biz həqiqətən də “Tokioya gedən yoldan”, “Yolun sonudur, sola dönün” etapına keçdik. Vəsaitin və dəstəyin olmaması mənə çox təsir etdi. Qarşımda iki seçim var idi: “ya vəziyyətə uyğunlaşma və ya məhv olma”. Yenidən məşqlərə və yarışlara qayıtmaq məni xoşbəxt edər”, - deyə idmançı vuğulayıb.
Bildirilir ki, idmançı vəsait toplama kampaniyasına start verib və bu kampaniya ona karyerasını bərpa etməyə kömək edəcəyini düşünür.
Üçqat çempionun kuryer karyerası