Güləşçilərimiz təlim-təlim məşq toplanışını Türkiyədə davam etdirir

Güləşçilərimiz təlim-təlim məşq toplanışını Türkiyədə davam etdirir

Sentyabrın 16-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Yarışa hazırlığını davam etdirən yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız Türkiyənin İstanbul şəhərinə səfər edib. İki həftə davam edəcək təlim-məşq toplanışında güləşçilərimiz Türkiyə yığma komandası ilə birgə hazırlıq keçir.
Təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Şahram Elyasi, Fərid Ədnani və Əyyub Əzmudehin rəhbərliyi altında yığma komandanın 14 üzvü iştirak edir.
Komandamızın heyətində Rövşən Bayramov, Eldəniz Əzizli, Orxan Əhmədov (hamısı 55 kq), Taleh Məmmədov, Kamran Məmmədov (hər ikisi 60 kq), Rəsul Çunayev, Həsən Əliyev, Vitali Rəhimov (hamısı 66 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 74 kq), Rafiq Hüseynov, Mote Savadze, Saman Təhmasibi (hamısı 84 kq) və Şalva Qadabadze (96 kq) yer alıblar.
Qeyd edək ki, təlim-məşq toplanışına avqustun 27-də yekun vurulacaq.