Azərbaycanda “Uşaq Paralimpiya Hərəkatı” təsis edilir

Azərbaycanda “Uşaq Paralimpiya Hərəkatı” təsis edilir

Milli Paralimpiya Komitəsi respublikada sağlamlıq imkanları məhdud uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştiraklarına nail olunması, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması məqsədi ilə komitənin nəzdində "Uşaq Paralimpiya Hərəkatının” təsis edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən "Uşaq Paralimpiya Hərəkatının”nın yaradılması məqsədi ilə bir 1 ay müddətində konsepsiya sənədi hazırlanıb, İcraiyyə Komitəsi tərəfindən təsdiq ediləcək. Eyni zamanda, 2013-cü ilin sonunadək "Uşaq Paralimpiya Hərəkatının”nın inkişaf etdiyi ölkələrin müəyyən edilməsi və onların təcrübələrinin öyrənilməsi, hərəkatın icra mexanizminin hazırlanması, respublikanın regionlarında paralimpiya idman növlərinə uyğun olan sağlamlıq imkanları məhdud uşaqların ilkin statistikasının hazırlanması başa çatdırılacaq. Qərarda bu sahədə təbliğat-təşviqat işlərinin aparılması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası (sosial xidmət və s.) və əlil idmanı sahəsində təcrübəsi olan ixtisaslaşmış qeyri-hökumət təşkilatları, donor təşkilatları ilə birgə işlərin təşkili məsələləri də öz əksini tapıb.