İspaniyalı tennisçi Rafel Nadal Parisdə keçirilən turnirin ikinçi dairəsində həmyerlisi Felisiano Lopesavatonu məğlub edib. Bu 34 yaşlı idmançının karyerasında 1000-ci qələbəsi olub.
“Qazandığım 1000-ci qələbə mənim artıq qocaldığımı göstərir. Bu, o deməkdir ki, mən artıq kifayət qədər uzun müddət oyunlara çıxıram. Bu, məni çox sevindirir. Mən həyatımın hər anında mənə kömək edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Feli kimi güclü bir bir oyunçuya qarşı çıxdığımı nəzərə alsaq, oyuna bundan pis başlayacağımı gözləmirdim. Sonra təzyiq altında oynadım, amma yenə də qələbənin yolunu tapdım. Bu isə ən əsasıdır. Mən bu qələbə ilə fəxr edirəm. Belə döyüşlərdəki qələbələr bəzən 6:3, 6:3 hesabı ilə qələbə qazanmaqdan daha zövqlüdür”,- deyə R.Nadal qələbəsini şərh edib.
Qeyd edək ki, R.Nadal ilk dəfə 2002-ci ildə 15 yaşı olarkən ATP turnirində mübarizəyə aparıb. Hazırda onun hesabında “Böyük dəbilqə” turnirinin 20 qələbəsi (onlardan 13-ü Roland Garros turnirində) var. Ümumilikdə, tennisçinin təkli oyunda 86 titulu var.
Tennisçinin 1000-ci qələbəsi