Koronavirus pandemiyası səbəbindən Avstraliya Tennis Federasiyası da çətin sınaq qarşısındadır.
Hər il keçirilən “Australian Open”dən öncə müxtəlif turnirlərdə məşhur tennisçilər qüvvələrini sınayırdısa, bu dəfə vəziyyət tam fərqli ola bilər.
Avstraliya Tennis İttifaqının prezidenti Kreyq Tilinin sözlərinə görə, bu turnirlərin hamısının bir şəhərdə keçirilmə ehtimalı var. Belə ki, ötən il təqvimə daxil edilən “ATP Cup” turniri Pert, Sidney və Brisbendə keçirilmişdisə, bu dəfə yarış yalnız Melburna həvalə edilə bilər. Onun sözlərinə görə, “ATP Cup”da iştirak edəcək tennisçilər dekabrda Avstraliyaya gələcək və iki həftə karantində qalmalı olacaqlar. Onlar Melburndakı turnirdə iştirak etdikdən sonra “Australian Open”i gözləməlidirlər. Bu da o deməkdir ki, tennisçilər təxminən bir ay Avstraliyada qalmalı olacaqlar.