Ədalət təmsilçiləri üçün seminar keçirilib

Ədalət təmsilçiləri üçün seminar keçirilib


Güləş qaydalarına edilən dəyişikliklərlə bağlı Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının üzvü olan milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib.
Seminarın təşkil olunmasında əsas məqsəd milli dərəcəli hakimlərin həvəsini, biliyini və təcrübəsini artıraraq onların arasından beynəlxalq dərəcəli hakimliyə namizədləri müəyyənləşdirməkdən ibarət olub. Burada beynəlxalq dərəcəli hakimlər həm də yeni güləş qaydalarıyla tanış olublar.
AGF Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi FİLA-nın yeni qayda və dəyişikliklərini şifahi, monitor vasitəsilə görüntülü olaraq izah edib.
Daha sonra milli və beynəlxalq dərəcəli hakimlərin hər birinə FİLA-nın yeni qaydalarının əks olunduğu broşür paylanıb.