Gələn mövsümdən etibarən Madrid şəhərində iki həftə davam edən ATP və WTA-nın birgə təşkilatçılığı ilə tennis turniri keçiriləcək. Turnir aprelin 27-dən mayın 9-dək təşkil olunacaq. Aprelin 27-də qadınların kvalifikasiya yarışları, 29-da isə əsas mərhələ başlayacaq. ATP-nin kvalifikasiyası isə aprelin 30-da başlayacaq.
“Biz şadıq ki, məqsədimizə nail olduq. Uzun müddətdir ki, turnirin genişləndirilməsini istəyirdik. Bu qərar çox lazımlı oldu. İndi bizim Madriddə yüksək səviyyəli tennisdən bir neçə gün zövq almaq imkanımız olacaq”, - deyə yarışın direktoru, dünyanın 64-cü pilləsindəki tennisçisi Felisiano Lopez bildirib.