Qurban Qurbanov: “Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”

Qurban Qurbanov: “Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”

Olimpizm xəbərləri

27.11.2020, 10:00

"Futbolçularım qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: "Rəqib yaxşı oynadı və qələbə qazandı. Məğlubiyyətə görə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram". Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: “Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”. Qeyd edək ki, "Qarabağ" bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. "Sivasspor" isə 6 xalla 3-cü sırada yer alır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR