Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skilling open" turnirindəki çıxışını başa vurub. 1/4 final mərhələsinin ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster yarışın ikinci günündə eyni uğuru təkrarlaya bilməyib. Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan T.Rəcəbov onlayn turnirlə vidalaşıb. Uesli So isə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edən turnirin qalibi 30 min dollara sahib olacaq.
Qrossmeysterimiz "Skilling open" turnirində mübarizəni dayandırdı