Maradonanın tabutu ilə gizli şəkil çəkdirən üç şəxsdən ikisi öldürüldü

Maradonanın tabutu ilə gizli şəkil çəkdirən üç şəxsdən ikisi öldürüldü

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın tabutun içində olan fotosu yayılmışdı. Həmin fotoda dəfni təşkil edən şirkətin işçisinin tabutun yanında dayanması və əli ilə "əla” işarəsi əks olunmuşdu. Etdiyi hərəkətə görə işdən azad edilən həmin şəxs Argentinada naməlum şəxslər tərəfindən güllələnib və cəsədi şəhərkənarı ərazilərin birində tapılıb. Bir müddət sonra isə həmin işçini öldürənlər “Boka Xuniors” ultras qrupunun üzvləri olduğu müəyyən olub.
Son məlumatlara görə isə Dieqo Maradonanın nəşinin önündə şəkil çəkdirən digər 2 şəxsdən birinin öldüyü digərinin isə komada olduğu bildirilir.