Baş pəhləvan kimi qızıl kəmərə layiq görülən güləşçinin qanında dopinq aşkarlanıb.Türkiyədə keçirilən ənənəvi yağlı güləş müsabiqəsinin pəhləvanı Əli Gürbüzün qanında dopinq tapılıb. Türkiyə mətbuatının yazdığına görə, dopinq araşdırmalarının nəticələrinə etiraz edən pəhləvan dizindən əməliyyat olunduğu üçün qanındakı nəticələrin müsbət çıxdığını etiraf edib. Əli Gürbüz qanının yenidən tədqiq edilməsini tələb etsə də, əldə olunan nəticələrin diz əməliyyatı ilə heç bir əlaqəsi olmadığı bildirilib.
Qeyd edək ki, 652-ci il tarixli Qırxpınar Yağlı Güləş müsabiqəsinin qalibi olaraq baş pəhləvan olan və qızıl kəmərə layiq görülən Əli Gürbüzün titulu ləğv olunacaq və mükafatı əlindən alınacaq.