Millinin üzvü koronavirusa yoluxdu

Millinin üzvü koronavirusa yoluxdu

Avropa çempionatında iştirak etmək üçün Danimarkaya gələn Serbiya yığmasının həndbolçusunda koronavirus aşkar edilib. Turnirin protokoluna uyğun olaraq, idmançı təcrid edilib və karantinə alınıb. Komandanın digər idmançılarının test nəticəsi mənfi olub.

Qeyd edək ki, Avropa çempionatının başlamasından əvvəl Rumıniya yığmasının həndbolçusunda COVİD-19 virusu təsdiqlənmişdi. Millinin bütün üzvləri karantinə yollanmışdılar. Lakin təkrar testdən keçdikdən sonra komandanın Almaniya millisi (19:22) ilə qarşılaşması mümkün oldu.