Müdafiə nazirinin qızı federasiyanın rəhbəri seçildi

Müdafiə nazirinin qızı federasiyanın rəhbəri seçildi

Rusiya Triatlon Federasiyasının hesabat-seçki konfransının nəticəsinə görə təşkilatın yeni rəhbəri təyin olunub. Bu vəzifəyə yeganə namizəd olan 29 yaşlı Kseniya Şoyqu seçilib. K.Şoyqunun namizədliyini təşkilatın keçmiş rəhbəri, noyabrın 30-da Ümumrusiya Yüngül Atletika Federasiyasının rəhbəri seçilən Pyotr İvanov təklif edib. P.İvanov 2016-cı ildən təşkilata rəhbərlik edir.

“Bizim bu gün üçün əsas məqsədimiz, bölgədə və həmçinin yeniyetmələr arasında triatlonun inkişafını təmin etməkdir. Bu vəzifədə bacardığım qədər müsbət işlər görməyə çalışacağam”, - deyə K.Şoyqu deyib.

Qeyd edək ki, Kseniya Şoyqu Rusiya Müdafiə Naziri Sergey Şoyqunun qızıdır.