Zəriflər Dünya kuboku yarışlarında çıxış ediblər

Zəriflər Dünya kuboku yarışlarında çıxış ediblər

Sankt-Peterburqda dünya çempionatının prelyudiyası başa çatıb. Bədii gimnastlar Dünya kuboku oyunlarında ən yaxşı idmançı adını qazanmaq üçün qızğın mübarizə aparıblar.
Azərbaycan gimnastı Marina Durunda dörd finalın hamısında çıxış edib. Onun ən yaxşı nəticəsi lentlə sonuncu hərəkətlərdə qeydə alınıb. İdmançımız beşinci yeri tutub. Üçüncü yerə sahib olmaq üçün gimnastımızın cəmi 0,4 balı çatmayıb. Çoxnövüçülkdə Marina 54 iştirakçı arasında beşinci yeri tutub. Əsas mükafata daha bir iddiaçı - Lalə Yusifova komanda yoldaşından iki pillə aşağıda qərarlaşıb. Yeri gəlmişkən, Lalənin ölməz Çarli Çaplinin çəkildiyi səssiz filmdən topla təmrində göstərdiyi səhnə mövsümün ən gözəl və qeyri-adi kompozisiyalarından biri olub. Təəssüf ki, bu təmrin gimnastımıza medal gətirməyib.
Ölkənin qrup komandası üç topla və iki lentlə təmrinlərdə səkkizinci yeri tutub. Çoxnövçülükdə Səbinə Qaratova, Səbinə Abbasova, Mənsurə Bağıyeva, Aliyə Paşayeva, Siyana Vasilyeva və İradə Axundzadə 24 kollektiv arasında analoji nəticə göstəriblər.
Milli komandanın məşqçilər korpusu gimnastların çıxışlarından razı qalıb. Ölkənin milli komandasının baş məşqçisi Mariana Vasilyeva yarış barədə bunları deyib: "İki aylıq fasilədən sonra qızlar yarışda iştirak etməyən Ukrayna gimnastları istisna olunmaqla, bütün tanınmış rəqibləri ilə finala çıxaraq cəsarətlə çıxış etdilər. Ancaq indi biz artıq Kiyev barədə düşünürük. Dünya çempionatının başlanmasına çox az vaxt qalır. Biz Sankt-Peterburqda buraxdığımız səhvləri düzəldəcəyik”.