Larisa Berkova: “Döyüş meydanında qəhrəmancasına şəhid olan igidlər xalqın xatirəsində daim yaşayacaq”

Larisa Berkova: “Döyüş meydanında qəhrəmancasına şəhid olan igidlər xalqın xatirəsində daim yaşayacaq”

“Əvvəlcə bütün Azərbaycan xalqını bu qələbə münasibəti ilə təbrik edirəm. Bu, doğrudan da, böyük qələbədir. Döyüş meydanında qəhrəmancasına şəhid olan igidlər xalqın xatirəsində daim yaşayacaq”.

Bu sözləri “Olimpiya dünyası” qəzetinə Gürcüstanda anadan olan, lakin uzun müddət Azərbaycanda yaşayan, “Avtomobilçi” komandasında oynayan həndbolçu, Moskva-1980 Olimpiya Oyunlarının qalibi Larisa Berkova (Savkina) deyib. Azərbaycan həndbolunun əfsanələrindən biri olan və ötən əsrin 80-ci illərində meydanda böyük ustalıq və fədakarlıq göstərən Larisa Berkova Vətən müharibəsi zamanı baş verən hadisələri böyük həyəcanla izlədiyini bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyev qürur duymağa layiq bir liderdir. Ölkə başçısının zəfər gününə qədər xarici telekanallara verdiyi müsahibələri diqqətlə izləyirdim. Dövlət başçısı ona ünvanlanan sualların sözün əsl mənasında savadlı, diplomatik və düzgün izahını verdi. Mən Azərbaycanın bundan sonra daha da gözəl günlər yaşamasını, günü-gündən çiçəklənməsini və tezliklə azad olunan torpaqlarının bərpa olunmasını arzu edirəm”.

Türkay Niftəliyeva