“Könüllülər dekadası” çərçivəsində onlayn görüş

“Könüllülər dekadası” çərçivəsində onlayn görüş

Dekabrın 6-sı “Könüllülər dekadası” çərçivəsində “Reqbi idman növünün inkişafında könüllülərin rolu” mövzusunda onlayn görüş keçirilib.
Tədbirin moderatoru Altun Süleymanov reqbi idman növü haqqında ümumi məlumat verib.
“Azərbaycan idman könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxışında Azərbaycan Reqbi Federasiyasının gördükləri işlərdən bəhs edib və qısa bir zamanda inkişaf etdiyini bildirib.
Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanova çıxış edərək reqbi idman növünün təbliği üçün görülən işlərdən, gələcək planlardan bəhs edib. Könüllülərin idmana verdiyi dəstəyi yüksək qiymətləndirərək, federasiyada onlar üçün yaradılmış imkanlardan yararlanmağa dəvət etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.