Beynəlxalq Triatlon Şurası: dünya kuboku Yaponiyadan başlayacaq

Beynəlxalq Triatlon Şurası: dünya kuboku Yaponiyadan başlayacaq

Beynəlxalq Triatlon Şurası gələn il keçiriləcək dünya kuboku yarışlarının vaxtını açıqlayıb.
Növbəti il 10 yarış təşkil olunacaq. Mövsümə martın 20-21-də Yaponiyanın Miyazaki şəhərində start veriləcək. Mövsümün sonuncu yarışı oktyabrın 30-31-də Tonqenqdə (Koreya Respublikası) keçiriləcək.
Tokio-2020 Yay Olimpiya Oyunlarınadək dünya kubokunun 5 yarışı təşki ediləcək. Həmin yarışda idmançılar reytinq xalları qazanacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.