BOK-dan sərt qərar

BOK-dan sərt qərar

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Belarus prezidenti Aleksandr Lukaşenkonu 2021-ci ildə keçiriləcək Tokio Oyunları da daxil olmaqla, olimpiya tədbirlərindən kənarlaşdırıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytı məlumat yayıb. Bildirilib ki, BOK Belarus Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin Belarus idmançılarını siyasi ayrıseçkilikdən lazımi şəkildə qorumadığı, onların addımlarının Olimpiya Xartiyasının təməl prinsiplərinə zidd olduğu və bu səbəbdən Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyi qənaətinə gəlib.
Buna görə də Belarus MOK-un prezidenti Aleksandr Lukaşenko, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskov və qurumun digər əməkdaşları bütün olimpiya tədbirlərindən kənarlaşdırılıb.
Bundan başqa, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırlığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa BOK tərəfindən maliyyələşdiriləcək.