Prezidentin köməkçisi: Tibbi müəssisələrdə 900-dən çox əsgər və zabitimizin müalicəsi davam etdirilir VİDEO

 Prezidentin köməkçisi: Tibbi müəssisələrdə 900-dən çox əsgər və zabitimizin müalicəsi davam etdirilir VİDEO

Koronavirusun dünyada, qonşu ölkələrdə artma tendensiyası nəzərə alınaraq Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib.

Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqdə söyləyib.

Prezidentin köməkçisi bildirib ki, peyvəndin tətbiqinə qədər yoluxmanın azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir. Sentyabrın 27-dən - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəri səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Hazırda 900-dən çox əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir, digər tərəfdən də həkimlərimiz koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldurlar.