Əməkdar məşqçi vəfat etdi

Əməkdar məşqçi vəfat etdi

Azərbaycanın atletikanın nizə atma növü üzrə ixtisaslaşmış Əməkdar məşqçisi Hacıbaba Zeynalov dünyasını dəyişib. Təcrübəli mütəxəssis 85 yaşında vəfat edib. O, Azərbaycan rekordçusu Rafiq Bünyatovun, yığma komandanın digər üzvləri və paralimpiya çempionu Oluxan Musayevin məşqçisi olub.

H.Zeynalov son illərdə "Neftçi" İdman Sağlamlıq Mərkəzində məşqçi, həmçinin tədris şöbəsində müdir vəzifələrini icra edib. O, nizə atma növü üzrə məşqçi Bəxtiyar Zeynalovun atasıdır.