İkinci Qarabağ savaşında şəhid olan dünya çempionumuz

İkinci Qarabağ savaşında şəhid olan dünya çempionumuz

İkinci Qarabağ müharibəsində 44 gün davam edən döyüşlərdə şəhid olanlar arasında müxtəlif idman növləri üzrə çempionlarımız da var. Onlardan biri karete üzrə dünya, Avropa və 12 qat Azərbaycan çempionu Emil Şamilovdur. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Dünya çempionu ikinci Qarabağ Savaşına könüllü yollanıb və Xüsusi Təyinatlı Qüvvə ilə birlikdə döyüşüb. İdmançı hərbçimiz Hadrut uğrunda döyüşdə isə şəhid olub.

Bildirlir ki, Emilin atası Rafiq Şamilov da Birinci Qarabağ Savaşının veteranlarındandır. Ailə üzvləri deyib ki, Emilin ən böyük arzusu Şuşanı işğaldan azad görmək olub. Lakin qəhrəmanımız arzusunun həyata keçdiyi günü görə bilməyib.