Ədalət təmsilçimiz beynəlxalq turnirdə baş əlaqələndirici olacaq

Ədalət təmsilçimiz beynəlxalq turnirdə baş əlaqələndirici olacaq

Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək.
Turnirin baş əlaqələndirici Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq. O, FİLA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək. Qeyd edək ki, turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandasının da iştirakı planlaşdırılır.