Tankların biatlon yarışı

Tankların biatlon yarışı

Moskva vilayətinin Alabino şəhərində qeyri-adi biatlon yarışı keçirilib. Turnirdə tanklar iştirak ediblər. Tarixdə ilk dəfə təşkil olunan bu yarışda Rusiyanın Cənub Hərbi Dairəsinin, Belarusun , Qazaxıstanın və diğər ölkələrin komandaları münarizə aparıblar. Yarışların birinci mərhələsi iyun ayında bu ölkələrin hərbi hissələri arasında keçirilib. Ən yaxşı komandalar Alabinoda həlledici mərhələdə güclərini sınayıblar. Tamaşaçılar və hakiml tankları rahat seçə bilsinlər deyə, zirehli maşınlar yaşıl, göy, qırmızı və sarı rənglə rəngləniblər. Tankların atəş açacağı hədəflər də, onların rənglərinə uyğun seçilib. Bir neçə kilometr məsafədə yerləşdirilən hədəflər " rəqib tanklarından”, "vertalyotlardan” və binaların maketindən təşkil edilib. T-72 tanklarının iştirak etdiyi biatlon turnirində Leninqraq vilayətinin ( Rusiya) moto-atıcı briqadasının tankçıları qalib gəliblər. Qalib heyətin hər bir üzvünə "Niva " markalı avtomobil verilib. İkinci və üçüncü yerləri tutanlara isə "Lada”nın açarları təqdim edilib. Qeyd edək ki, tank biatlonu turnirini Rusiyanın müdafiə naziri Sergey Şoyqu izləyib.