Azərbaycanda koronavirusa (COVID-19) 4273 yeni yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 41 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 62 247 nəfərə çatıb. Ölkədə son sutka ərzində 17 231, hazırkı dövrədək isə 1 980 579 test aparılıb. Ümumi ölənlərin sayı 2 007 nəfərdir. Ümumi yoluxanların sayı 183 259 nəfər, ümumi sağalanların sayı 119 005 nəfərdir.
Azərbaycanda daha 41 nəfər koronavirusdan dünyasını dəyişdi