“Böyük dəbilqə” turnirinin 20 qat qalibi, ispaniyalı Rafael Nadal ATP reytinqinin Top-100-də ard-arda 900 həftə keçirən ikinci tennisçi olub. Birinci yüzlükdə isveçrəli Rojer Federer yer alıb.
Top 100 ATP reytinqində ardıcıl həftələrin sayına görə liderlərin adları:
1. Rocer Federer-1084.
2. Rafael Nadal — 900.
3. Cimmi Konnors-889.
4. Felisyano Lopez-877.
5. David Ferrer — 857.
6. Fernando Verdasko-855.
7. İvan Lendl-852.
Qeyd edək ki, R.Nadal ilk dəfə Top-100-ə 2003-cü ilin aprelində, 16 yaşı olarkən daxil olub. Bununla da, tennisçi 2005-ci ilin aprel ayından Top-10-da müvqəini qoruyub saxlayır. Həmçinin o, 2020-ci ildə ispaniyalı Fransanın açıq çempionatında və Akapulko (Meksika) turnirində mükafat qazanıb.