AMADA “YAŞAT” Fonduna ianə köçürüb

AMADA “YAŞAT” Fonduna ianə köçürüb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə öz təşəbbüsləri ilə ianə aksiyası həyata keçiriblər. AMADA-nın bütün əməkdaşları əməkhaqlarından ümumilikdə 15 min 500 manat məbləğində vəsaiti könüllü olaraq “YAŞAT” Fonduna köçürüblər. AMADA-nın kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə bir daha şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir.