ATP 2021 mövsümün başlanğıcı üçün tennisçilər ilə turun təqvimini müzakirə edib. Məlumata görə, Antalyada (Türkiyə) Açıq Avstraliya çempionatının kvalifikasiyası ilə yanaşı, ATP 250 kateqoriyalı yeni turnir keçiriləcək. Yarışların yanvarın 7-dən 13-dək keçirilməsi planlaşdırılır. Həmçinin yanvar ayında Fransada üç çellenc turniri keçiriləcək.
Bir müddət əvvəl ATP-də 2021-ci il mövsümünün yanvarın 4-də Delray-Biç (ABŞ) turnirində start götürəcək. Fevralın 8-də Dubayda (BƏƏ) start götürəcək Açıq Avstraliya çempionatının kvalifikasiya mərhələsi yanvarın 9-dan 13-dək keçiriləcək. Fevralın əvvəlində isə ATP Cup və ya yeni ATP 750 kateqoriyalı digər turnirin keçirilməsi planlaşdırılır.
Bildirildi ki, ATP artıq 2021-ci ilin ilk üç ayı üçün təqvim təqdim edib.