İspaniyalı tennisçi Karla Suares-Navarro səhhəti və tennis kortuna geri qayıtmaq barədə danışıb. Bildirək ki, bir müddət əvvəl idmançıda bədxassəli şiş aşkar edilmişdi.
“Özümü normal hiss edirəm. Kimyaterapiya kursu keçəndə ağrılar hiss edirdim. Lakin bu ağrlara dözmək mümkün idi. Özümdə yüngüllük hiss edirəm. Mənim həyatım sakit keçir. Müalicə kursu zamanı evdə bir neçə gün vaxt keçirə bilirəm, hətta gəzintiyə də çıxıram. Normal həyatımı yaşaya bilərəm, amma diqqətli olmaq vacibdir. Mən həkimlərin məsləhətlərinə qulaq asıram və yüksək əhval-ruhiyyəmi qoruyaraq irəliləyirəm. Karyeramı tennis kortunda bitirmək və 2021-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Sağalmağa çalışıram. Mənim təhlükəsiz reytinqim var. Tunelin sonunda işıq görürəm və mübarizəni davam etdirməliyəm. Bu çətin bir yoldur, amma yüksək əhval-ruhiyyə ilə sağala bilərəm”, - deyə idmançı bildirib.